Qax rayonunda qış turizmi inkişaf edir

Qax rayonunda qış turizmi inkişaf edir
20:43 3 Yanvar 2016
54 Digər
Ölkə mətbuatı
A- A+


Qax, 3 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunda son illər qış turizmi də inkişaf etməkdədir. Yeni ilin gəlişi ilə əlaqədar bayram tətili günlərini burada keçirmək arzusunda olanların sayı ildən-ilə artır.
AZƏRTAC xəbər verir ki, son dərəcə əlverişli, füsunkar bir məkanda yerləşən “El Resort” otel kompleksi də Qax rayonunda turizmin inkişafına öz töhfələrini verməkdədir. Uca dağların qoynunda yerləşən, qədim kənd və müasir şəhər elementlərini özündə birləşdirən bu otel ilin bütün fəsillərində turistlər üçün əsl istirahət məkanıdır.
Builki bayram tətili günlərini “El Resort” otelində keçirənlər yaradılan şəraitdən razı qalıblar. Otelin meneceri Şamil Əfəndiyev AZƏRTAC-a müsahibəsində bildirib ki, oteldə Yeni il şənlikləri dekabrın 30-dan yanvarın 2-dək davam edib. Burada dincələnlərin əksəriyyəti ailəvi istirahət edənlər olub. Üç günlük bayram paketinin qiyməti bir nəfər üçün 330 manat təşkil edib. Ötən il isə bayram paketinin qiyməti 450 manat olub. Göründüyü kimi, qiymətlərdə xeyli endirim var. Turistlər gündə 3 dəfə yemək daxil olmaqla, otelin bütün xidmətlərindən, idman qurğularından, həmçinin yeni istifadəyə verilən əyləncə zalı – boulinq mərkəzinin xidmətindən geniş istifadə ediblər. Bayram günlərində qonaqlarımız Azərbaycan və dünya mətbəxinin ləziz təamları ilə yanaşı, bu yerlərə xas olan milli yeməklərdən, o cümlədən “sürhüllü” və digər xəmir xörəklərindən də dadıblar.
 




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qax_rayonunda_qis_turizmi_inkisaf_edir-915966

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR