Türkmənistan sahillərində itkin düşmüş daha bir neftçinin cəsədi tapılıb

Türkmənistan sahillərində itkin düşmüş daha bir neftçinin cəsədi tapılıb
21:38 3 Yanvar 2016
161 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdlən daha birinin cəsədi Türkmənistan sahillərində tapılıb.

Trend-ə yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan verilən məlumata görə, cəsədin şəxsiyyəti hələ ki məlum edilməyib.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2476463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR