Bakının AZAL futbol klubu ilk transferini gerçəkləşdirib

Bakının AZAL futbol klubu ilk transferini gerçəkləşdirib
21:58 3 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 yanvar, AZƏRTAC
Yanvarın 5-də qış hazırlığına start verəcək Bakının AZAL futbol klubu ilk transferini gerçəkləşdirib.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Eltun Hüseynov ilə ikiillik müqavilə imzalayıb.
Mövsümün birinci yarısını "Zirə"də keçirən gənc müdafiəçi əslində bu komandaya yad sima deyil. Belə ki, hələ yayda baş məşqçi Tərlan Əhmədov tərəfindən heyətə dəvət olunan və anlaşmaya imza atan E.Hüseynovun sənədlə bağlı problem üzündən AZAL-a keçidi baş tutmamışdı. "Bakı" klubu onun transfer vərəqini verməkdən imtina etmiş və nəticədə 1993-cü il təvəllüdlü futbolçu "Zirə"yə "göndərilmişdi.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakinin_AZAL_futbol_klubu_ilk_transferini_gercheklesdirib-915969

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR