Azərbaycan sənayesində yeni modelin tətbiqi – TƏKLİFLƏR

Azərbaycan sənayesində yeni modelin tətbiqi – TƏKLİFLƏR
22:03 3 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Ölkədə texnoparklar şəbəkəsinin qurulması ilə yanaşı, dövlət başçısı tərəfindən təsdiqlənən “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən 2020-ci ilə qədər sənaye klasterlərinin formalaşdırılması da gündəmdədir. Bu klasterlərin yaradılmasına dair təkliflərin hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır ki, artıq bu istiqamətdə də müvafiq təkliflər səsləndirilir.

Kiçik və orta sahibkarlıq subyektləri arasında həm rəqabət, həm də əməkdaşlığı eyni anda təmin edən sistem

İqtisadiyyat və Sənaye Nazirliyindən qeyd edildiyi kimi, klaster modeli XX əsrin 60-70-ci illərindən başlayaraq tətbiq edilən bir mexanizmdir. Klasterlər - eyni və ya bənzər sektorda fəaliyyət göstərən, əlaqəli və bir-birini tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana gələn, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı ticarət əlaqələrinin qurulması, kommunikasiya və qarşılıqlı dialoq imkanlarına malik sahibkarlıq subyektlərindən ibarət sistemlərdir.

Universitet-sənaye əməkdaşlığında "Silikon vadisi" təcrübəsi

Klasterlər universitetlərlə sənaye müəssisələri arasında daha yaxın əlaqələrin qurulmasını da şərtləndirir, həmçinin müəyyən sahənin inkişafına köməklik göstərəcək təhsil müəssisələrinin qurulmasını asanlaşdırır. Stenford Universitetinin "Silikon vadisi" klasterinin yaxınlığında yerləşməsi, innovativ texnologiyalar sahəsində ixtisaslaşmış klasterlərin Massaçusets Texnologiya İnstitutu və ya Kembric Universitetinin ətrafında fəaliyyət göstərməsi buna misal ola bilər.

“Silikon vadisi” - dünyada İKT üzrə ən tanınmış klaster

Modelin tətbiq edildiyi ölkələrin əksəriyyətində klasterlər iqtisadi cəhətdən çox əhəmiyyətli mövqeyə malikdir. Klasterlərin ən yaxşı inkişaf etdiyi ölkələr ABŞ, İtaliya, Almaniya, İngiltərə, İsveç, Yaponiya, Fransa, Çin, Hindistan, Pakistan, Braziliya, Meksikadır. İKT üzrə dünyada ən çox tanınmış klasterə gəlincə, bu, ABŞ-dakı “Silikon vadisi”dir.

Azərbaycanda vertikal sənaye klasteri modelinə bənzər sahələr mövcuddur, amma...

Klaster modelinin ölkə sənayesində tətbiqi imkanlarına gəlincə, İqtisadiyyat və Sənaye Nazirliyində hesab edirlər ki, Azərbaycanda vertikal sənaye klasteri (məhsulların istehsalından başlayaraq son istehlakçıya qədər olan təchizat zəncirini özündə əks etdirən klaster) modelinə bənzər sahələr artıq mövcuddur. Amma klasterlərə məxsus bütün keyfiyyətləri əhatə etmədiyindən həmin sahələrdə tam olaraq klasterlərin yaradıldığını demək çətindir.

Azərbaycanda mexanizmin tətbiqinə başlamaq üçün klasterlərin seçilməsi, regional iqtisadiyyatda rəqabət gücü nisbətən yüksək olan və dövlət dəstəyi ilə qısa müddətdə maksimum nəticənin əldə edilə biləcəyi sahələrin müəyyənləşdirilməsi lazımdır.

Fərdi şəkildə inkişafa meylin daha güclü olduğu Azərbaycan kimi ölkələrdə klasterlərin qurulması asan hesab olunmur

Hesab edilir ki, regionların daxili potensialı və təcrübələr nəzərə alınaraq, hər regiona uyğun xüsusi klasterlərin qurulması, diversifikasiya yaradılması, yeni məhsul və xidmətlərin daxili və xarici bazarlarda ən yaxşı şəkildə təqdim edilməsi, bununla da qeyri-neft sektorunda istehsalın və ixracın artırılması istiqamətində mühüm addımlar atılmalıdır. Buna baxmayaraq, fərdi şəkildə inkişafa meylin daha güclü olduğu Azərbaycan kimi ölkələrdə klasterlərin qurulmasının asan olmadığı da nəzərə alınmalıdır. Milli xüsusiyyətlər əsasında sosioloji araşdırmalar aparıldıqdan sonra klasterləşmə prosesinə başlanılmalıdır.

Texnopark direktoru: “Bu, yüksək texnologiyaların inkişafında innovasiya sahibkarlığının inkişafına münbit şərait verir”

İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi İslahatlar və Elmi Tədqiqat İnstitutunun elmi tədqiqatçısı, Qafqaz Universiteti Texnoparkının direktoru İsa Qasımov klasterləşmə prosesinin təşviqi ilə bağlı danışarkən bildirib ki, klaster modelində müəyyən sahə, həmçinin bu sahə ilə əlaqədar digər yardımçı sahələr üzrə qruplaşma (ixtisaslaşma) mövcuddur. Bu isə yüksək texnologiyaların inkişafında innovasiya sahibkarlığının inkişafına münbit şərait verir. Klaster həm sahibkarlığın, həm də innovasiyaların inkişafına müsbət təsir edir”.

Qənaətcil fürsətlər klaster modellərinin tətbiqini aktuallaşdırır

Klaster modelinin ölkənin yüksək texnologiyalar və İKT sənayesində tətbiqindən söz açan tədqiqatçı hesab edir ki, klasterlərdə tətbiq olunan güzəştlər (vergi, gömrük və strateji plana görə mümkün olan digər üstünlüklər) sahibkarların və ya tədqiqatçıların fəaliyyətini təşviq edən amillərdən sayıla bilər. Klaster modelinin üstünlüklərindən biri də layihə mərhələsində olan işlərin zəruri xərclərinin azaldılması imkanıdır: “Eyni zamanda son zamanlar dünyada baş verən böhran şəraiti və onun Azərbaycana təsirləri qiymətləndirilərkən, Prezident İlham Əliyevin iqtisadi inkişafda qənaət amilinin nəzərə alınmasının vacib olduğunu vurğulaması klaster modellərinin tətbiqini aktuallaşdırır. Klaster yanaşmaları sahibkarlığın inkişafında qənaətcil fürsətlər formalaşdırır”.

Bu metodun İKT-nin, eləcə də sənayenin digər sahələrinin inkişaf etdirilməsi ilə bağlı imkanlarına gəlincə...

Klaster modelinin tətbiqi doğru yanaşma olmaqla, eyni zamanda dünyada isbatlanmış istiqamətdir: “Bu metodun İKT-nin, eləcə də sənayenin digər sahələrinin inkişaf etdirilməsi istiqamətində Azərbaycandakı imkanlarına gəlincə, prosesin təməl prinsiplərinə daha diqqətlə yanaşılmasının doğru olduğu qənaətindəyəm. Klaster modeli sahələr üzrə kompleks yanaşmadan irəli gəlir, prosesin aparıcı istiqaməti isə innovasiyaların tapılması və tətbiqidir. Ona görə də, ilk növbədə, innovasiyaları formalaşdıracaq ekosistemin inkişafına zəmin hazırlamaq lazımdır”.

Yeni texnoloji yanaşmaların tətbiqinə əhəmiyyət verən təhsil inkişaf etdirilməli, innovativ sahibkarlıq dəstəklənməlidir

Onun sözlərinə görə, yeni texnoloji yanaşmaların tətbiqinə və təşəbbüskar yanaşmaya əhəmiyyət verilən təhsil sistemi inkişaf etdirilməlidir: “Tətbiq əhəmiyyəti olan, nəticə əsaslı elmi tədqiqat işləri dəstəklənməli və bu cür tədqiqatları həyata keçirəcək akademik yanaşma formalaşdırılmalıdır. Peşəkarlarla (real biznes nümayəndələri ilə) elmi tədqiqat (və ya təhsil) müəssisələrinin ortaq layihələri təşviq edilməlidir. İnnovativ sahibkarlığın inkişafı dəstəklənməli, təşviq edilməli, sərbəst bazar şəraitinin formalaşmasına əhəmiyyət verilməlidir. Sahibkarlıq fəaliyyətlərində professional yanaşma təşviq edilməli, sənaye məhsulu istehsalında kütləviləşməyə şərait formalaşdırılmalı, hazır məhsulun satışı imkanları artırılmalıdır”.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sumqayıtda azot, Lənkəran çayında codluq normadan çoxdur

27 İyul 2017 04:43

Cici yeni reklamda - FOTO

27 İyul 2017 04:32

Rusiyada 4 işçi kanalizasiyada qazdan boğularaq öldü

27 İyul 2017 04:14

Lənkəran toyunda dava düşdü

27 İyul 2017 03:48

Onun əlləri nə edir? - FOTO

27 İyul 2017 03:32

Lənkəranda toydan sərxoş qayıdan şəxs qonşularına xəsarət yetirib

27 İyul 2017 03:22

Merkel Ərdoğan və Trampı təqlid etdi

27 İyul 2017 02:48

Fəal "Facebook" istifadəçilərinin sayı cari ilin II rübündə 2 milyardı ötüb

27 İyul 2017 02:37

Lənkəranda toyda dava düşdü - yaralananlar var

27 İyul 2017 02:34

Züheyr Muraddan yeni kolleksiya - FOTO

27 İyul 2017 02:32

“Stress çarxı”nın rəqibi peyda oldu

27 İyul 2017 02:20

"Neftçi" "Şalke"yə belə məğlub oldu - VİDEO

27 İyul 2017 02:03

Tablolardan paltarlar - FOTO

27 İyul 2017 01:32

Barmağı telefona çevirən “ağıllı” üzük

27 İyul 2017 01:30

Gürcüstan telekanalında yanğın oldu

27 İyul 2017 01:29

"Neftçi" Almaniyanın "Şalke" klubuna məğlub olub

27 İyul 2017 01:22

Çempionlar Liqasında gecənin NƏTİCƏLƏRİ

27 İyul 2017 01:14

Çempionlar Liqasında III təsnifat mərhələsinin daha 9 oyunu keçirilib

27 İyul 2017 01:02

Goranboyda maşın aşdı - Yaralananlar var - FOTO

27 İyul 2017 00:48

Hacıqabulda 4 otaqlı ev yandı

27 İyul 2017 00:34

ABŞ-da təyyarə avtomobil yoluna düşüb, ölənlər var

27 İyul 2017 00:32

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiyası edib

27 İyul 2017 00:30

Tillerson istefa xəbərlərini təkzib etdi

27 İyul 2017 00:29

Astroloji proqnoz - 27 iyul

27 İyul 2017 00:13

17 yaşlı oğlan özünü asdı - Şəkidə

27 İyul 2017 00:09

"Leipzig" Keytanı satmaq barədə düşünə bilər

27 İyul 2017 00:05

Günün qoroskopu: diqqəti əldən verməyin

27 İyul 2017 00:05

Fatih Terim 3,5 milyon avro təzminat alacaq

27 İyul 2017 00:04

Tramp maaşından imtina etdi

27 İyul 2017 00:03

Kaxaber Sxadadzenin yerinə ispan mütəxəssis

26 İyul 2017 23:57

Bellanı bir də belə görün - FOTO

26 İyul 2017 23:57

Bürclər – 27 İYUL

26 İyul 2017 23:55

Mustafa Ceceli və yeni həyat yoldaşı bal ayından qayıtdı - FOTO

26 İyul 2017 23:52

ABŞ-da ev balığını öldürən şəxs 4 ay müddətinə həbs olunub

26 İyul 2017 23:47

"Bavariya" "Real" qədər böyük klubdur"

26 İyul 2017 23:47

Çəkilmədiyi film üçün Şarliz Terona kömək etdi

26 İyul 2017 23:42

Bakıda atasını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL

26 İyul 2017 23:37

"Sanki xalq düşməniyəm"

26 İyul 2017 23:37

Elmdə müdhiş sıçrayış

26 İyul 2017 23:37

Tramp maaşını ABŞ Təhsil nazirliyinin hesabına köçürüb

26 İyul 2017 23:32

Azərbaycan neftinin SON QİYMƏTİ

26 İyul 2017 23:27

Tramp maaşını təhsil nazirliyinə verdi

26 İyul 2017 23:24

Körpələrə verilən köməkçi qidanın həcmi nə qədər olmalıdır?

26 İyul 2017 23:22

Natavanın toydan sonra qayınatasıgildə ilk fotosu

26 İyul 2017 23:22

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini olduğu kimi saxlayıb

26 İyul 2017 23:20

Sığorta şirkəti öhdəliyini yerinə yetirmir: Vətəndaş sığorta pulunu ala bilmir - VİDEO

26 İyul 2017 23:17

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiya edib

26 İyul 2017 23:05

Salyan sakini avtomobili aşırdı - FOTOLAR

26 İyul 2017 23:03

Həbib Əlizadədən növbəti kreativ addım - VİDEO

26 İyul 2017 22:57

Dərinin yanmadan qorunması üsulları

26 İyul 2017 22:57