Əkizlərdən biri köhnə, biri yeni ildə doğuldu

Əkizlərdən biri köhnə, biri yeni ildə doğuldu
22:12 3 Yanvar 2016
180 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-da bir qadın müxtəlif illərdə əkiz övladlarını dünyaya gətirib.
Milli.Az modern.az-a istinadən bildirir ki, San-Dieqodakı doğum evində dünyaya gələn əkizlərin təkcə anadan olduqları gün deyil, il də üst-üstə düşmür.  

Buna səbəb odur ki, Ceylin və Luisa Valensiyalar yeni il axşamında doğulublar. Ceylin 2015-ci ilin son dəqiqələrində dünyaya gəlməyə özünü çatdırıb, onun qardaşı isə iki dəqiqə sonra, artıq 2016-cı ildə doğulub.  

Valideynləri doğuşu yanvarın axırlarına planlaşdırıblar, ancaq əkizlər ana bətnində fəsadlar yaradıblar. Həkimlər qərara gəliblər ki, doğuş nə qədər tez olsa, bir o qədər yaxşıdır. Xoşbəxtlikdən biri könhə, digəri yeni ildə yer üzünə qədəm qoyan uşaqlar sağlam doğulublar.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/395003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR