Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Səudiyyə Ərəbistanının səfirliyinə raketlə hücum

Səudiyyə Ərəbistanının səfirliyinə raketlə hücum

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Şahzadəsini qəbul edib (17 Mart 2017 12:47)
Səudiyyə Ərəbistanı kralının varisi ABŞ prezidenti ilə görüşəcək (13 Mart 2017 11:27)
Səudiyyə Ərəbistanının müdafiə naziri Trampla görüşə getdi (13 Mart 2017 09:48)

Tarix: 3 Yanvar 2016 22:51

İraqın paytaxtı Bağdadda Səudiyyə Ərəbistanının səfirliyinə raketlə hücumu edilib.

ANS PRESS-in məlumatına görə, raketin səfirliyin binasına yaxın ərazidən atıldığı bildirilir. Binadan tüstülər yüksələrkən bir vertolyot səfirliyin binasının ustundə uçmağa başlayıb.

Dünən edam edilən 47 nəfər üçün bu gün İraqdakı şiə liderlər es-Sədr və Sistani tərəfindən sərt etiraz və təhdidlər səslənmişdi. Hücumun şiə təşkilatı "Al-Nujaba" tərəfindən həyata keçirildiyi iddia edilir.

Səudiyyə Ərəbistanı 25 ildir bağlı olan Bağdad səfirliyi bir müddət əvvəl yenidən açılmışdı.

Səudiyyə Ərəbistanı 1990-ci ildə İraqın Küveyti işğal etməsindən sonra Bağdad səfirliyini bağlamışdı. Səfirliyin yenidən açılması ilə iki ölkənin təhlükəsizlik və terror mövzusunda əməkdaşlıq edəcəyi bildirildi. Səudiyyə Ərəbistanının Bağdada təyin edilmiş yeni səfiri Samir əl-Sabhadır.


Səudiyyə Ərəbistanının İraqdakı səfirliyinə raketlə hücumu

Teqlər:  Səudiyyə Ərəbistanının səfirliyinə raketlə hücum



RƏYLƏR


Top xəbərlər