Sumqayıt şəhərinin mədəniyyət işçiləri hərbi hissələrdə bayram konsertləri ilə çıxış ediblər

Sumqayıt şəhərinin mədəniyyət işçiləri hərbi hissələrdə bayram konsertləri ilə çıxış ediblər
22:58 3 Yanvar 2016
55 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 3 yanvar, AZƏRTAC 
Sumqayıt şəhərinin mədəniyyət işçiləri 2016-cı ilin ilk günlərində əsgər və zabitlərimizlə birgə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarını qeyd ediblər.
Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, C.Cabbarlı adına Mədəniyyət Evinin kollektivi Müdafiə Nazirliyinin N hərbi hissəsində konsert proqramı ilə çıxış edib. Konsertdə mədəniyyət evinin solistlərinin ifasında xalq və bəstəkar mahnıları oxunub, “Turan” rəqs qrupunun çıxışı əsgər və zabitlərimiz tərəfindən maraqla qarşılanıb.
Corat qəsəbə mədəniyyət evinin kollektivi də əsgərlərimizi öz ifaları ilə sevindiriblər.
Şəhər mədəniyyət evinin kollektivi isə sərhəd qoşunlarının hərbi hissələrində konsert proqramı ilə çıxış edib.
Həmçinin 4 saylı şəhər klubunun kollektivi öz ifaları ilə əsgərlərimizin bayram sevincinə rəng qatıblar.
“28 May” mədəniyyət evinin “Ravil” rəqs qrupu və solistləri hərbi hospitalda müalicə alan əsgər və zabitlərimizə baş çəkib, onları öz çıxışları ilə təbrik ediblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayit_seherinin_medeniyyet_ischileri_herbi_hisselerde_bayram_konsertleri_ile_chixis_edibler-915974

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR