Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur cütlük barışdı

Məşhur cütlük barışdı

Date: 3 January 2016 23:05

Müğənni Mayli Sayrus iki il əvvəl ayrıldığı sevgilisi Liam Hemsvortla barışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük ötən gün Avstraliyada keçirilən musiqi festivalında bir araya gəlib. Deyilənlərə görə, Mayli ilə Liam gecə boyunca bir-birlərini öpüşlərə qərq ediblər.

Xatırladaq ki, Mayli Sayrusla Liam Hemsvort 2009-cu ildən görüşməyə başlayıblar. Onlar "Sonuncu mahnı" filminin çəkilişləri zamanı tanış olublar.
Milli.Az


Tags:  Məşhur cütlük barışdı

RƏYLƏR


Top news