Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Səudiyyə Ərəbistanı: "Edamlar davam edəcək" - FOTO

Səudiyyə Ərəbistanı: "Edamlar davam edəcək" - FOTO

Əsəblər tarıma çəkildi: Trampla kralın toqquşması başlayır (25 Mart 2017 17:03)
İran zəvvarlara Həccə getməyə icazə verdi (20 Mart 2017 14:52)
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Şahzadəsini qəbul etdi (17 Mart 2017 12:59)

Tarix: 3 Yanvar 2016 23:37

Səudiyyə Ərəbistanında 47 şiənin edamı ilə bağlı vəziyyət gərginləşib.
Başları kəsilərək edam olunanlar arasında Səudiyyə Ərəbistanının vətəndaşı, ölkədəki şiələrin dini liderlərindən biri, ayətulla şeyz Nəmr Bəkir əl Nəmr də vardı.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, olaydan sonra Səudiyyə Ərəbistanın səfiri İran XİN-ə çağırılıb, ona nota verilib. Az sonra İranın Məşhəd şəhərində edamlara etiraz edən kütlə Səudiyyə Ərəbistanının konsulluğunun binasını yandırıb. Daha sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə od vurulub.
İranın dini lideri ayətulla Əli Xamneyi edamlara sərt etirazını bildirib, "İlahi intiqam Səudiyyə rejimini tapacaq" deyib.
Səudiyyə Ərəbistanı isə edamların davam edəcəyini bəyan edib.


Səudiyyə Ərəbistanı DİN-nin sözçüsü, general Mənsur əl Türki və Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri şeyx Mənsur əl Gifari 47 nəfərin edamı ilə bağlı mətbuat konfransı keçiriblər.
"Edamlar son deyil. Məhkəmə edamla bağlı qərar verərsə, yeni edamlar da gerçəkləşdiriləcək", - əl Turki deyib.
Milli.Az





Teqlər:  Səudiyyə Ərəbistanı Edamlar davam edəcək FOTO



RƏYLƏR


Top xəbərlər