Azərbaycanda buzlu yol ailəni qana buladı - FOTO

Azərbaycanda buzlu yol ailəni qana buladı - FOTO
23:52 3 Yanvar 2016
79 Digər
Ölkə mətbuatı
A- A+

Axşam saatlarında Bakı-Qazax magistral yolun 191-ci km.-də, yolun Kürdəmir rayonundan keçən hissəsində yol qəzası qeydə alınıb.
Milli.Az "Report"a istinədən xəbər verir ki, qəza 1976-ci il təvəllüdlü Qazax rayon sakini Bəxtiyar Səfər oğlu Rəsulovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusun qarşı tərəfdən gələn Orxan Abduləli oğlu Məmmədlinin idarə etdiyi "Mitsubishi Pajero" markalı minik maşını ilə toqquşması nəticəsində baş verib.
Qəza zamanı mikroavtobusun sürücüsü və sərnişinləri - sürücünün həyat yoldaşı, Qazax rayon sakini Dilarə Rəsulova və qızı, 2005-ci il təvəllüdlü Müjgan Bəxtiyar qızı Rəsulova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Hazırda onların vəziyyətləri orta ağır olaraq qalır.
Qəzadan sonra hər iki avtomaşın zərbənin gücündən yararsız hala düşüb. Hadisəyə yolun buzlu olması ilə əlaqədar mikroavtobusun "Mitsubishi"nin yoluna çıxması səbəb kimi göstərilir.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR