İtkin düşənlərdən neftçilərdən daha birinin meyiti tapıldı

İtkin düşənlərdən neftçilərdən daha birinin meyiti tapıldı
00:44 4 Yanvar 2016
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Meyit Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti bu gün Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, adıçəkilən qurumun Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65 km uzaqlıqda "Kursor" gəmisi kişi cəsədi aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus "Topaz Leqenda" gəmisinə məlumat ötürülüb və cəsəd borta alınaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədin üzərində olan xilasedici qeyimində "Azneft" yazısı müəyyən edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227404

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR