Türkiyədə 37 dərəcə şaxta həyəcanı

Türkiyədə 37 dərəcə şaxta həyəcanı
00:51 4 Yanvar 2016
77 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə kompüterlərin yalnış olaraq 37 dərəcə şaxta göstərməsi əhalidə ciddi çaşqınlıq yaradıb.

ANS PRESS-in məlumatına görə, Türkiyədə yanvarın 2-də Afyon Karahisar şəhərində mənfi 37 dərəcə şaxta olduğu qeyd olunmuşdu. Bəzi mətbuat orqanlarında dərc olunmuş bu məlumat əhalidə ciddi çaşqınlıq yaratmışdı. Hər haıda, bu, Aralıq dənizi yaxınlarında yerləşən Afyona deyil, Sibirə xas temperatur göstəricisidir.

Məsələyə şübhə ilə yanaşan meteorologiya xidmətinin rəhbərliyi Afyon Karahisarda araşdırmalara başlayıb. Araşdırmalar kompüter məlumatlarının yanlış olduğunu ortaya çıxarıb. Sən demə, həmin vaxt ərazidə mənfi 16 dərəcə şaxta olub.

Dekbarın 20-də də Türkiyəni Kiçik Qafqaz dağlarının ətəyində yerləşən Ərdəhan vilayətinin Gölə rayonunda 31 dərəcə şaxta qeydə alınmışdı.

Kompüterin bu göstəricinin də komputer xətası olduğu düşünülür. Çünki həmin gün Türkiyənin bütün şərq vilayətlərində daha az mənfi temperatur qeydə alınmışdı. Əsasən azərbaycanlıların yaşadığı bölgənin Sarıqamış qəsəbəsində 20 dərəcə, Çıldır qəsəbəsində 13 dərəcə, Qars şəhərində isə 11 dərəcə şaxta olmuşdu.

Dünyanın ən soyuq məntəqəsi isə Rusiyanın Saxa Respublikasında yerləşən Oymakon dərəsindədir. Qeyri-rəsmi məlumatlara görə, 1938-ci ildə bu qəsəbədə 78 dərəcə şaxta olub. 45 dərəcə şaxtada Saxa Respublikasında məktəblərdə dərs dayandırılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368786

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR