“Muşina”-“Azəryol” voleybol oyununun hakimləri müəyyənləşib

“Muşina”-“Azəryol” voleybol oyununun hakimləri müəyyənləşib
01:18 4 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 yanvar, AZƏRTAC
Bakının qadınlardan ibarət “Azəryol” klubunun Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının dörddəbir final mərhələsindəki ilk oyununun hakimləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi yanvarın 19-da Polşada "Muşina" komandasının qonağı olacaq. Görüşü baş hakim, rusiyalı Aleksandr Pavlov idarə edəcək. Ona danimarkalı həmkarı Enqborq Morten Klein kömək edəcək.
Komandalar arasında cavab oyunu yanvarın 27-də Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, turnirdə mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan "Azəryol" Rumıniyanın "Tarqoviste" və Finlandiyanın "Salo" klublarını yarışdan kənarlaşdırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Musina_Azeryol_voleybol_oyununun_hakimleri_mueyyenlesib-915978

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR