Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Fransa aviasiyası Suriyada raket zavodunu bombalayıb

​Fransa aviasiyası Suriyada raket zavodunu bombalayıb

Date: 4 January 2016 03:17

Bakı. 4 yanvar. REPORT.AZ/ Fransa aviasiyası şənbədən bazar gününə keçən gecə Suriyada "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) üzvlərinin kustar üsulla raket istehsal etdikləri zavodu bombardıman edib.
"Report" xəbər verir ki, bu barədə Fransanın Müdafiə Nazirliyi məlumat yayıb.
İdarənin rəsmi məlumatında bildirilir ki, bu reydi Fransanın "Scalp" qanadlı raketləri ilə təchiz olunan dörd "Rafale" qırıcısı həyata keçirib.
Bombardımançılar "koalisiya təyyarələri ilə birgə hərəkət ediblər". Obyekt Hələb şəhərindən onlarla kilometr aralıda yerləşib.


Tags:  Fransa aviasiyası Suriyada raket zavodunu bombalayıb

RƏYLƏR


Top news