Xaçmazda və Zaqatalada evlər yanıb

Xaçmazda və Zaqatalada evlər yanıb
03:18 4 Yanvar 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Xaçmaz və Zaqatala rayonlarında evlər yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının pəncərə çərçivəsi 3 kv.m sahədə yanmışdır.

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Xaçmaz rayonu, Canaxır kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m birmərtəbəli 6 otaqlı evin eyvanının tavanı 3 kv.m sahədə yanmışdır.

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Zaqatala rayonu, Aşağı Tala kəndəndə vətəndaşa məxsus ümumu sahəsi 65 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və tövlənin içərisinə yığılmış 17 ton ot bağlaması yanmışdır.

Yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunmuşdur.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2476490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR