Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Mauqlinin yeni ili” azyaşlı tamaşaçıları sevindirməkdə davam edir...

“Mauqlinin yeni ili” azyaşlı tamaşaçıları sevindirməkdə davam edir...

Date: 4 January 2016 03:18


Bakı, 4 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni il karnavalı öz axarı ilə davam edir. Məktəblilərin qış tətili günlərində teatr öz azyaşlı dostlarına gənc yazar Pərvin Nurəliyevanın “Mauqli” pyesi əsasında hazırlanmış “Mauqlinin Yeni ili” tamaşasını təqdim edir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, balacaların sevimli nağıl personajı olan Mauqlinin yeni il sərgüzəştlərindən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur.
Yeni il tamaşasında əsas obrazları gənc və istedadlı aktyorlar Zaur Əliyev (Dövlət Musiqili Teatr), Mirzəağa Mirzəyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Aydın Dəmirov, Eşqin Quliyev və başqaları ifa edirlər.
Yanvarın 4-də başa çatacaq karnavalın son tamaşalarını saat 12.00, 14.00, 16.00, 18.00-da izləmək mümkündür.
Yeni tamaşa ilə yanaşı, hər il olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və Qar qız qarşılayıb, teatrın foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış Yeni il proqramına dəvət edirlər. Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca balaca tamaşaçılar teatrın salonunda “Mauqlinin yeni ili”ni izləmək imkanı qazanırlar.
 











Tags:  Mauqlinin yeni ili azyaşlı tamaşaçıları sevindirməkdə davam edir


RƏYLƏR


Top news