Rusiyadan Qarabağdakı ağır döyüşlər barədə açıqlama

Rusiyadan Qarabağdakı ağır döyüşlər barədə açıqlama
03:21 4 Yanvar 2016
182 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti dəfə açıqlama verib. ANS PRESS-in məlumatına görə, xarici işlər nazirinin müavini Qriqori Karasin bəyan edib ki, son aylarda Dağlıq Qarabağ münaqişəsi zonasında ağır artilleriya, reaktiv yaylım atəşi sistemləri, iriçaplı pulemyotların tətbiq olunması ilə silahlı toqquşmaların aktivləşməsi müşahidə edilir.

Münaqişə ətrafında yaranmış gərginliyin Rusiyanı narahat etdiyini bildirən Karasin bu cür silahlı toqquşmaların itkilərin sayının artmasına, eyni zamanda dinc əhali arasında itkilərə səbəb olduğunu deyib.


Qriqori Karasin - Rusiya xarici işlər nazirinin müavini

Nazir müavini deyib ki, münaqişə tərəfləri sülhə nail olmaq üçün səyləri ikiqat artırmalıdır. Bu, beynəlxalq həmsədrlərin qəti mövqeyidir və ABŞ, Fransa və Rusiyanın ATƏT-in xarici işlər nazirləri Şurasının 2015-ci ilin dekabrında verdiyi bəyanatda əksini tapıb.

"Tərəflər atəşkəs rejiminin möhkəmləndirilməsinə dair artıq mövcud olan razılaşmaya da əməl etməlidir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, ilk növbədə münaqişə zonasında gərginliyin azaldılması Berndə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə müzakirə olunub. Gözləyirik ki, bu danışıqlar təmas xəttində situasiyanın stabilləşməsinə kömək edəcək”, deyə diplomat bildirib.



Karasinin sözlərinə görə, Rusiya həmsədr ölkələrdən biri kimi tərəflərin kompromis əldə etməsinə kömək göstərməyə çalışır: “Son vaxtlar xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistandan olan həmkarları ilə bu mövzuda seriya təmasları olub, bu təmaslarda münaqişənin nizamlanmasının bütün kompleksi müzakirə edilib. Ümid edirəm ki, yeni ilin başlamasından sonra tezliklə bu iş davam edəcək. Təbii ki, hərbi situasiya da bizim diqqətimizdən kənarda olmayacaq”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368789

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR