Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyadan Avropa banklarına xəbərdarlıq

Rusiyadan Avropa banklarına xəbərdarlıq

Date: 4 January 2016 04:46

Avropa bankları ciddi böhranla qarşılaşa bilərlər. ANS PRESS-in məlumatına görə, Rusiya "Sberbankı"nın prezidenti German Qref bu barədə açıqlama verib.

Qref Avropa Mərkəzi Bankının bank sektoruna əsassız təzyiqlər etdiyini bildirib. Onun sözlərinə görə, bu təzyiqlər sektorda böhrana səbəb ola bilər.

“Düzünü desəm, mən onların nə etdiyini anlamıram. Əgər bank sektoruna təzyiqlər etsəniz, bu sizin özünüz üçün pis nəticələr doğuracaq. Bank sektoru öz tarixində ən dramatik dövrünü yaşayır. Avropa banklarının gələcəyinə baxdıqda, onlar üçün vəziyyətin çətin olacağı görünür”, German Qref "Financial Times"a müsahibəsində belə deyib.


German Qref - Rusiya "Sberbankı"nın prezidenti

Tags:  Rusiyadan Avropa banklarına xəbərdarlıq


RƏYLƏR


Top news