Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu il neftin qiyməti sabitləşəcək

Bu il neftin qiyməti sabitləşəcək

Date: 4 January 2016 05:16

2016-cı ildə neftin qiymətlərinin sabitləşəcəyi proqnozlaşdırılır. ANS PRESS-in məlumatına görə, bunu “Capital Economics”in beynəlxalq iqtisadçısı Andrew Kenningham neftin qiymətləri ilə bağlı açıqlamasında bildirib.

Hazırda “Brent” markalı neftin bir barrelinin qiymətinin 40 dollardan aşağı satıldığını xatırladan A.Kenningham, bu enişin çox davam etməyəcəyini proqnozlaşdırır.

Güclü beynəlxalq tələblə bərabər neft qiymətlərinin də sabitləşəcəyini vurğulayan A.Kenningham, Çin iqtisadiyyatının inkişaf edəcəyi təqdirdə eyni prosesin qiymətli metal bazarında da müşahidə olunacağını söyləyib.

Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın əmtəə üzrə direktoru Jeffrey Kurrie 2016-cı ildə neftin qiymətinin 20 dollara qədər ucuzlaşması riskinin olduğu qənaətindədir.


Anton Siluanov - Rusiya maliyyə naziri

J.Kurrie neft bazarında təklif çoxluğunun 2016-cı ildə də davam edəcəyini deyib: “Əgər belə davam edərsə neftin qiymətinin 20 dollaradək ucuzlaşması riski var və bu da istehsal sahələrinin bağlanmasına gətirib çıxaracaq”.

Bəzi analitiklər isə neftin barrel qiymətinin hətta 15 dollaradək ucuzlaşacağını düşünürlər.

Rusiya maliyyə naziri Anton Siluanov da neftin 2016-cı ildəki qiyməti ilə bağlı proqnoz verib. O bildirib ki, gələn il neftin bir barelinin qiymətinin 40 dollar olacağı gözlənilir. Daha sonra nazir ehtiyat edərək bəyan edib ki, Rusiya neftin barelinə görə istənilən qiymətə hazır olmalıdır.

Tags:  il neftin qiyməti sabitləşəcək


RƏYLƏR


Top news