Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tacikistanla Səudiyyə Ərəbistanı arasında əlaqələrin genişləndirilməsi ilə bağlı beş sənəd imzalanıb

Date: 4 January 2016 05:33


Düşənbə, 4 yanvar, AZƏRTAC 
Tacikistan prezidentinin mətbuat xidməti tərəfindən verilən məlumata görə dövlət başçısı Emamali Rahmon Səudiyyə Ərəbistanında rəsmi səfərdə olub.
Emamali Rahmonun Səudiyyə kralı Salman ibn Əbdül Əziz Əl Saudla görüşündə ölkələr arasında siyasi, iqtisadi, sərmayə qoyuluşu, infrastruktur layihələrinin həyata keçirilməsi, mədəni və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bildirilib ki, beynəlxalq siyasətin qlobal və regional məsələləri istiqamətində ölkələrin mövqeləri üst-üstə düşür.
Görüşdə Tacikistan və Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik, həmçinin terrorizm, ekstremizm, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, mütəşəkkil cinayətkarlıqla mübarizə məsələləri ilə bağlı müzakirə də aparılıb.
E.Rahmon deyib ki, Əfqanıstanda sülhün və sabitliyin bərpa edilməsi Tacikistanın prioritet istiqamətlərindən biridir. Mərkəzi Asiyada sabitliyin qorunması Əfqanıstandan olan təhlükə ilə bilavasitə bağlıdır.
Görüşün yekununda ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı beş sənəd imzalanıb.
Tacikistan prezidenti krallığın digər rəsmi şəxsləri ilə də görüşlər keçirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Tags:  Tacikistanla Səudiyyə Ərəbistanı arasında əlaqələrin genişləndirilməsi bağlı beş sənəd imzalanıb


RƏYLƏR


Top news