“Unibank” təhlükəsiz internet-bankçılıq xidmətinə görə ən yüksək qiymət alıb

“Unibank” təhlükəsiz internet-bankçılıq xidmətinə görə ən yüksək qiymət alıb
05:38 4 Yanvar 2016
47 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 yanvar, AZƏRTAC
“High-Tech” “Bridge” və “Qualys” beynəlxalq şirkətləri apardıqları araşdırmalar və keçirdikləri təcrübələrin nəticəsində “Unibank”ın ən təhlükəsiz internet bankçılıq xidmətinə malik olduğunu müəyyən ediblər.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, bu araşdırmaların nəticəsi olaraq, adı çəkilən şirkətlər tərəfindən banka bu sahədə ən yüksək A+ qiyməti verilib.
Qeyd edək ki, bu gün minlərlə “Unibank” müştərisi bank filiallarına gəlmədən, günün istənilən saatında bank hesablarına nəzarət edə və əməliyyatlar apara bilir. İnternet bankçılıq sistemi sayəsində müştərilər bankın məhsullarından və xidmətlərindən cəld, etibarlı və təhlükəsiz şəkildə yararlanırlar.
Bankla bağlı daha ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud “facebook” və “twitter” səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Unibank_tehlukesiz_internet_bankchiliq_xidmetine_gore_en_yuksek_qiymet_alib-916017

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR