İranın Səudiyyə Ərəbistanına cavabı gecikmədi

İranın Səudiyyə Ərəbistanına cavabı gecikmədi
05:56 4 Yanvar 2016
95 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsməklə şiə ilahiyatçısının edam edilməsi ilə bağlı buraxdığı strateji səhvlərini daha da dərinləşdirir.

ANS PRESS-in məlumatına görə, belə bəyanatla İran xarici işlər nazirinin Yaxın Şərq və Afrika məsələləri üzrə müavini Hüseyn Əmir Abdullahiyan çıxış edib.

"Yalnız Səduqiyyə Ərəbistanının deyil, bütün islam dünyasının bir hissəsi olan, ayətullah Nimr əl-Nimrin edamı ilə Səudiyyə hökuməti daha bir strateji səhvə yol verdi", deyə diplomat bildirib.

Abdullahiyan bəyan edib ki, Tehran və Məşhəd şəhərlərində səudiyyəli diplomatlara heç bir zərər dəyməyib. Onun sözlərinə görə, rəsmi ər-Riyad Tehranla diplomatik əlaqələnin kəsilməsi barədə tələsik və pis hesablanmış addımı strateji səhvdir, bu, regionda təhlükəsizliyi təhdid altına salacaq və terrorizmin daha da geniş vüsət almasına səbəb olacaq.


Hüseyn Əmir Abdullahiyan - İran XİN rəsmisi

İran prezidenti Həsən Ruhani din xadiminin edam edilməsini İslama və insanlığa zidd hərəkət adlandırıb. Ruhani bildirib ki, əl-Nimrin edam edilməsi Səudiyyə Ərəbistanının məzhəbçi siyasətinin göstəricisidir və bu siyasət regionda və dünyada terrorizmin yayılmasına səbəb olur.

Onun sözlərinə görə, kral ailəsinin bu addımı Səudiyyə Ərəbistanının müsəlman ölkələrində növbəti dəfə imicinə zərər vurub. Müsəlmanların qəzəbinə baxmayaraq, Ruhani Tehran və Məşhəd şəhərlərində Səudiyyə Ərəbistanı səfirliyinə edilən hücumları tənqid edib. Ruhani qeyd edib ki, hökumət bir qrup radikal şəxsin ölkənin nüfuzuna zərər vurmasına imkan verməyəcək.

Yanvarın 3-də gecə saatlarında Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrin kəsildiyini bəyan edib. Krallıq iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verib.

İki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.

Həmçinin oxuyun: Səudiyyə Ərəbistanı İrana 48 saat vaxt verdi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368794

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR