Hindistanda güclü zəlzələ

Hindistanda güclü zəlzələ
06:36 4 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanın şimal-şərq hissəsində rixter cədvəli ilə 6.8 bal gücündə zəlzələ baş verib. ANS PRESS-in məlumatına görə, zəlzələnin episentri Manipur ştatında İmfal şəhərinin 33 kilometrliyində qeydə alınıb.

Yeraltı təkanlar bütün ölkədə, eyni zamanda, Banqladeş və Myanmada hiss olunub. Amerikanın geoloji araşdırmalar agentliyi 98 milyon insanın zəlzələni hiss etdiyini bildirib.

Təbii fəlakət nəticəsində bir neçə yerdə dağıntılar olub. Azı 1 nəfərin öldüyü, 10-dan çox insanın xəsarət aldığı bildirilir.

Region güclü zəlzələlərin baş verməsi ilə tarixə düşüb. Hindistanla Avrasiya tavalarının qovşağı hesab olunan ərazilər həddən artıq seysmik bölgələrdir. Tavalar il ərzində 4-5 santimet sürətlə bir-birilərinə doğru hərəkət edir.

2005-ci ildə Kəşmirdə baş vermiş zəlzələ nəticəsində 75 mindən çox insan ölmüşdü. 2015-ci ildə Nepalda qeydə alınan zəlzələ nəticəsində isə, 9 min insan öldü, 900 mindən çox ev dağıldı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368795

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR