"Qalatasaray"ın oyunçusu Bundesliqa yolunda

"Qalatasaray"ın oyunçusu Bundesliqa yolunda
09:27 4 Yanvar 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

Mövsümün əvvəlində "Borussiya"dan "Qalatasaray"a keçən, ancaq bürokratik səbəblərdən ilk yarıda debütü heç cür alınmayan Kevin Qrosskoroyts Almaniyaya dönür.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə müdafiəçinin yeni klubu "Ştutqart" məlumat yayıb.

Verilən açıqlamada qeyd olunur ki, cinah müdafiəçisi Türkiyəyə uyğunlaşa bilmədiyi üçün vətəninə geri dönmək istəyir. Artıq o, "Ştutqart" üçün tibbi müayinədən də keçib. Rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR