​Xəzərin Dağıstana aid hissəsində 8 balıqçı itkin düşüb

​Xəzərin Dağıstana aid hissəsində 8 balıqçı itkin düşüb
10:02 4 Yanvar 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4yanvar. REPORT.AZ/ Xəzərin Dağıstan ərazisində iki qayıqda olan 8 balıqçı itkin düşüb. Hazırda onların axtarışları davam etdirilir.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu haqda Dağıstanın Fövqəladə Halar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Dağıstanın Kizlyar rayonunun Kraynovka yaşayış məntəqəsindən 5-6 km aralı Xəzərdə iki qayıqda 8 nəfər fəlakətlə üzləşib.
Axtarış-xilasetmə əməliyyatına iki helikopter, iki gəmi, 31 şəxsi heyət cəlb edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/xezerin-dagistana-aid-hissesinde-8-baliqci-itkin-dusu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR