Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məhşur müğənni 18 yaşı bitməyən qızına bahalı cip aldı (FOTO)

Məhşur müğənni 18 yaşı bitməyən qızına bahalı cip aldı (FOTO)

Date: 4 January 2016 10:16

Türkiyənin ən tanınmış simalarından biri, son zamanlar "Muhteşem yüzyıl Kösem" serialı ilə evlərin qonağı olan Hülya Avşar 18 yaşını tamamlamağa hazırlaşan qızına möhtəşəm hədiyyə hazırlayır.

ANS PRESS-in məlumatına görə, Avşar qızı yeganə övladı olan Zəhra Çilingiroğluna bahalı maşın alıb. Yetkinlik yaşına girən Zəhraya valideynləri ikiqat sürpriz edəcək.

Müğənni və aktrisa qızına ad günü hədiyyəsi kimi "Range Rover Evoque" model cip alıb. Bu modeldən olan maşınların qiyməti 80-105 min avro dəyəri arasında dəyişir.

Ata Kaya Çilingiroğlu isə qızının mükəmməl sürücü olması yolunda ilk addım atıb və onu sürücülük kurslarına yazdırıb. O, özəl dərs alacaq.

Anası kimi paparatzilərin ən çox axtardıqları simalardan olan Zəhranın ad günü yanvar ayının 15-dədir. Anası bahalı hədiyyəsini qızınına məhz ad günü münasibəti ilə keçiriləcək partidə təqdim edəcək.





Tags:  Məhşur müğənni 18 yaşı bitməyən qızına bahalı cip aldı FOTO

RƏYLƏR


Top news