Qadını tez qocaldan kişilər

Qadını tez qocaldan kişilər
10:17 4 Yanvar 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

Özünüzdən yaşca böyük kişi ilə ailə qurmağa tələsməyin. Alman alimlərinin qənaətinə görə, elə qadından həddən artıq kiçik olan kişi də onu tez qocaldır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kişinin həyat yoldaşı ilə arasında böyük yaş fərqinin olması, yalnız qadına təsir edir. Alman ekspertlərinin sözlərinə görə, bu cür nikahlar qadının vaxtından əvvəl qocalmasına gətirib çıxarır, kişiyə isə heç bir təsir göstərmir:

"Kişi yaşlı olduqda qadın da ona uyğunlaşır, dərisi tez quruyur və tez qırışır".
Bəs qadının özündən kiçik kişi ilə nikahı onu niyə qocaldır?
Alimlər bunun səbəbini hələlik müəyyən edə bilməyiblər. Ancaq alimlər bir məsələdə əmindirlər ki, yaşıd cütlüklərin nikahı daha uğurlu alınır. Onların fikrincə, ideal evlilikdə qadınla kişi arasında maksimum 5 yaş fərq olmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR