Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik neftin qiymətini artırdı

Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik neftin qiymətini artırdı
10:24 4 Yanvar 2016
163 Dünya
Ölkə mətbuatı
A- A+

 

Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsi ilə əlaqədar dünya bazarında neftin qiyməti artmağa başlayıb.

 

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, dekabrın 4-nə keçən gecə London İCE birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 3,3% yüksələrək 38,50 dollara çatıb. Bir qədər sonra qiymət 37,89 dollara ensə də, səhər saatlarında yenidən 38 dolları ötüb.   

 

Nyi-York birjasında isə WTI neftinin qiyməti 3,5% yüksələrək 38,77 dollar olub.

 

“Bazar baş verənləri Səudiyyə Ərəbistanı və İran kimi neft hasilatçıları arasında mümkün uzunmüddətli münaqişə kimi qəbul edə bilər”, - deyə Sidneydəki CMC baş analitiki Rik Spuner söyləyib. Dubaydakı “Manaar Energy Consulting” analitiki Robin Mills də geosiyasi vəziyyətə dair qorxuların artdığını deyib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC-də neft hasilatına görə 1-ci, İran isə 5-ci yerdədir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227411

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR