Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şou-biznesə 5 milyon manat xərcləyən müğənni kimdir?

Şou-biznesə 5 milyon manat xərcləyən müğənni kimdir?

Date: 4 January 2016 10:58

"ATV Maqazin onlarla" verilişi şou-biznes nümayəndələri arasında sorğu aparıb. 

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, sorğu zamanı sənətçilər şou-biznesə nə qədər sərmayə qoyduqlarını bəlli ediblər. Buna görədə peşiman olmadıqlarını qeyd ediblər:

Nadir Qafarzadə: "Bir milyon manat qoymuşam. Bir milyondan çox ola bilər, aşağı yox". 

Elton Hüseynəliyev: "Sənət insanları digər insanlardan fərqlənirlər. 10 ildə 2-3 milyon pul xərcləmişəm. Şou yolunda xərclədiyim üçün heyfslənmirəm".

Əməkdar artists Almaz Ələsgərova: "33 ildən artıq sənətdəyəm. 5 milyon pul xərcləmişəm. Heyfislənmirəm, bu mənim sənətim və çörəyimdir".

Günay İbrahimli: "Müğənnilərmiz var ki, milyonlar töküblər. Tanınıblar amma sevilməyiblər. Quru taxtadılar səhnədə. 300 mindən az xərcim çıxıb.

Xalq artisti Aygün Kazımova: "Əgər lidersənsə, onu qoruyub saxlamaq çətindir. Əgər o pulları yığsaydım, "polum", parketim qızıldan yox brilliantdan olardı. Məndən soruşurlar "sənin villan hanı?" Deyirəm var, mənim layihələrim. Kremldəki konsertim üçün Namiq bilmirdi ki, seyfdə bir qəpik pul qoymamışdım. Tək yerdəki zebra işığa 8 min pul vermişdim. Hamı məni buna görə qınayırdı. Deyirdim ki, siz anlamırsınız".

Xalq artisti Faiq Ağayev: "Bu sənətdə müəyyən sərmayələr olmalıdır. 200 dən çox mahnım, 20 klipim var. 27 ildir səhnədəyəm böyük məbləğ olar".

Milli.Az


Tags:  Şou-biznesə milyon manat xərcləyən müğənni kimdir

RƏYLƏR


Top news