Rəhman Qurbanov: "2015-ci ildə qaz hasilatı yeni rekorda çatıb"

Rəhman Qurbanov: "2015-ci ildə qaz hasilatı yeni rekorda çatıb"
11:02 4 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 yanvar. REPORT.AZ/ 2015-ci ildə Azərbaycanda əmtəə qazın hasilatı artıb. "Report" xəbər verir ki, bu barədə SOCAR-ın neft və qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov "Natural Gas Europe"-a bildirib.
O qeyd edib ki, ölkədə əmtəə qazın hasilatı bu il 18,9 mlrd. kubmetrə çatıb ki, bu da ötən ilin göstəricisindən təxminən 0,2 mlrd. kubmetr çoxdur.
SOCAR-ın vitse-prezidentinin sözlərinə görə, "Şahdəniz" yatağından təbii qaz və "Azəri-Çıraq-Günəşli" yataqlarından səmt qazın hasilatı artıb.
"2015-ci ildə "Şahdəniz" yatağından 9,9 mlrd. kubmetr əmtəə qazı hasil edilib. Azərbaycanda ümumi qaz hasilatı isə 29,4 mlrd. kubmetrə çatıb".
"BP-Azerbaijan" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı isə ötən il dekabrın sonunda bildirmişdi ki, "Şahdəniz Mərhələ 1" üzrə hasilatda avqust ayında hasilatın 3 həftə profilaktik işlərlə əlaqədar dayandırılmasına baxmayaraq artım gözlənilir.
Onun sözlərinə görə, hazırda yataqdan təxminən gündəlik 29 mln. kubmet qaz hasil edilir:
"2015-ci ilin 11 ayı ərzində Azərbaycan 6 mlrd. kubmetr həcmində "Şahdəniz Mərhələ 1" qazı ixrac edib. Bu isə 2014-cü ilin analoji dövründən 1,6% artıqdır.
2014-cü il ərzində bu yataqdan ümumi qaz ixracı 6,5 mlrd. kubmetr təşkil edib. Hazırki göstəricilər onu deməyə əsas verir ki, 2015-ci ildə Mərhələ 1 üzrə hasilat 2014-cü ildən çox olacaq. "Şahdəniz Mərhələ 1" üzrə hasilat 2014-cü ildə 9,8 mlrd. kubmetr olub".

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/rehman-qurbanov-2015-ci-ilde-qaz-hasilati-yeni-rekorda-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR