Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neftin qiyməti artmağa başladı

Neftin qiyməti artmağa başladı

Date: 4 January 2016 11:06

Yeni ildə dünya birjalarında müxtəlif istiqamətlərdə cüzi bahalaşmalar müşahidə olunur. ANS PRESS-in məlumatına görə, hazırda dünya bazarlarında “Brent” markalı neftin qiyməti bahalaşaraq 38.15 dollara qalxıb.

“Texas” markalı neftin qiymətində də cüzi dəyişiklik olub. Birjalarda hazırda “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti qalxaraq 37.84 dollara çatıb.


Mənbə: Bloomberg

“AzəriLayt” markalı neftin qiyməti isə dəyişməz qalıb: 38,23 dollar.

Qızılın qiymətində də cüzi bahalaşma müşahidə edilib. Bu günə olan rəsmi məlumata görə, qiyməli metalın 1 qramı 34,34 dollardır. Gümüşün qiyməti 1 qram üçün 0.44 dollar müəyyənləşib.


Mənbə: Bloomberg

Milli valyutamız olan manatın məzənnəsi avro və dollar qarşısında öz dəyərini itirməyə davam etsə də bayram müddətində burada da stabillik müşahidə olunub. Azərbaycan Mərkəzi Bankının dekabrın 30-na olan son rəsmi məzənnə isə belədir: 1 dollar - 1.5594 AZN, 1 avro 1.7046 AZN, 1 rubl 0.0216 AZN.
Bayram günlərində məzənnə dəyişilməz qalıb.


Mənbə: Azərbaycan Mərkəzi Bankı.

Həmçinin Azərbaycan Mərkəzi Bankı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatların və möhtəkirliyin qarşısını almaq üçün dolların bayram günlərinə olan məzənnəsini açıqlayıb. Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 5 yanvar 2016-cı il tarixi üçün 1.5610 AZN müəyyənləşdirilib.

Tags:  Neftin qiyməti artmağa başladı


RƏYLƏR


Top news