Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Mançester Siti" alman futbolçuya görə 55 milyonundan keçməyə hazırdı

"Mançester Siti" alman futbolçuya görə 55 milyonundan keçməyə hazırdı

Date: 4 January 2016 11:28

"Şalke"nin yarımmüdafiəçisi Leroy Sane "Mançester Siti"nin maraq dairəsindədi.


Metbuat.az "Bild"ə istinadən xəbər verir ki, "şəhərlilər" 19 yaşlı futbolçunun müqabilində klubuna 40,5 milyon funt (55 milyon avro) ödəməyə hazırdı. Keçid baş tutarsa, Sane ən dəyərli alman futbolçu olacaq. Hazırda, 2013-cü ildə 50 milyon avro qarşılığında "Real"ı "Arsenal"a dəyişən Məsut Özil sözügedən göstərici üzrə həmyerliləri arasında liderdi.


"Mançester Siti" ilə yanaşı, "Liverpul" da yarımmüdafiəçinin xidmətində maraqlıdı.

Cari mövsümdə Almaniya Bundesliqasında 17 matçda meydana çıxan Leroy Sanenin aktivində 4 qol, 4 məhsuldar ötürmə var.


Tags:  Mançester Siti Şalke Leroy Sane

RƏYLƏR


Top news