Ceymi Vardi sıradan çıxdı

"Lester"in hücumçusu Ceymi Vardi iki həftə müddətinə sıradan çıxıb.


Metbuat.az BBC-ə istinadən xəbər verir ki, ingilis futbolçu qasığından zədə alıb. Belə olan halda, Vardi Premyer Liqa və İngiltərə kubokunda "Tottenhem"lə oynanılacaq görüşlərdə "Lester"ə kömək edə bilməyəcək. 28 yaşlı oyunçunun "Aston Villa" ilə matçda oynaması da sual altındadı.

2015-16 mövsümündə Premyer Liqada 20 oyunda meydana çıxan və 15 qol, 4 məhsuldar ötürmə ilə yadda qalan Ceymi Vardi hazırda Romelu Lukaku ilə birlikdə çempionatın ən məhsuldar futbolçuları sıralamasında ilk iki pilləni bölüşdürür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR