Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Sahil" metrosunun çıxışında QƏTL

"Sahil" metrosunun çıxışında QƏTL

Date: 4 January 2016 11:44

Bakı şəhərinin mərkəzində qətl törədilib.

 

Səbail Rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında "Sahil" metrosunun çıxışında qeydə alınıb. 25-30 yaşlarında kişi naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

 

Hadisə yerinə Səbail rayon Prokurorluğunun müstəntiqləti və polis əməkdaşları çıxıb.

 

Hazırda qətlə yetirilən şəxsin və hadisəni törədənlərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.


Tags:  Sahil metrosunun çıxışında QƏTL

RƏYLƏR


Top news