Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Səhnəyə çıxan zaman şalvarım cırıldı" - müğənnilərin səhnə macəraları

"Səhnəyə çıxan zaman şalvarım cırıldı" - müğənnilərin səhnə macəraları

Adeli səhnəyə qutuda gətirirlər: "Səbəbini biləndə güləcəksiniz" (15 Mart 2017 08:12)
"Hələdə şokdayam, İsrail də şokda" - FOTO (07 Mart 2017 16:12)
Bülent Ersoy səhnəyə 40 kiloluq paltarla çıxdı - qiyməti 27 min dollardır - FOTO (13 Fevral 2017 11:05)

Tarix: 4 Yanvar 2016 11:47

Məşhur sənətçilər səhnə öncəsi üzləşdiyi hadisələrdən söz açıblar.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bu barədə onlar "ATV Maqazin onlarla" verilişinə danışıblar:

Sevda Sanəliyeva: "Rəqs edən zaman yıxıldım. Sonra durub rəqsə davam elədim. Amma anlayanlar anladı yıxılmağımı".

"Qala" qrupunun rəhbəri Ceyhun Əliyev: "Səhnəyə çıxan zaman şalvarım cırıldı. Elə pis cırılmışdı ki, səhnəyə o vəziyyətdə çıxa bilməzdim. O məqamda heç nə fikirləşə bilmədim. Dostlarımdan biri səhnəyə çıxmamağı təklif etdi. Onun bədən ölçüləri mənə uyğun gəlməsə də, onun şalvarını geyinib səhnəyə çıxdım. Elə bil "kalqotka" geyinib, "kablok"la səhnəyə çıxmışdım".

Sevda Yahyayeva: "Səhnəyə çıxan zaman yıxılmışam. Gecikmişdim qaçırdım. Hamı mənə baxdı. Yarısı güldü, yarısı da pis oldu. Özüm çox pis oldum".

Samir Piriyev: "Toyda çətin vəziyyətdə olmuşam. Bir nəfər yaxınlaşıb mahnılarımdan birini istədi. Bütün repertuarı demək olar oxudum. Amma istədiyi mahnının olmadığını bildirdi. Hirsləndim və özümdən bir mahnı bəstələyib oxudum. Bu mahnını istədiyini bildirdi".

İlhamə Qasımova: "Səhnədə ən böyük problemim mahnının sözlərini unutmağımdır".

Milli.Az


Teqlər:  Səhnəyə çıxan zaman şalvarım cırıldı müğənnilərin səhnə macəraları



RƏYLƏR


Top xəbərlər