Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb

Date: 4 January 2016 11:47

Bakı. 4 yanvar. REPORT.AZ/ Keçən il Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, 2015-ci ildə həkimlərin sayı 32 756 (2014-cü ildə 32 434 nəfər ) nəfər olub. Bu da əhalinin hər 10 000 nəfərinə 34,6 həkimin düşməsi deməkdir. Eyni zamanda, onlar arasında ixtisaslar üzrə ən çox terapevtlər üstünlük təşkil edib. Belə ki, ötən il üçün terapevtlərin sayı 8 504 nəfər olub.
Sonrakı yerlərdə digər ixtisaslara görə 6 044 (2014-cü ildə 5 293), pediatrlar 4 029 (2014-cü ildə 3 992), cərrahlar 3 640 (2014-cü ildə 3 771), stomatoloq və diş həkimi 2 601 (2014-cü ildə 2 452), ginekoloqlar 1 913 (2014-cü ildə 1 989) nəfərlə qərarlaşıb. 

Tags:  Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb

RƏYLƏR


Top news