Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bütün magistral yolları nəqliyyatın hərəkəti üçün açıqdır

Bütün magistral yolları nəqliyyatın hərəkəti üçün açıqdır

Date: 4 January 2016 11:47

Azərbaycanın bütün magistral yolları nəqliyyatın hərəkəti üçün açıqdır. 

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Məlumatda bildirilir ki, Muğanlı-İsmayıllı-Qəbələ yolunda səhər və axşam saatlarında buzlaşma müşahidə olunur. Lakin buna baxmayaraq, magistralda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmayıb.
 
Yol polisi hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə və sürət həddinə diqqət etməyə çağırıb. 

Milli.Az


Tags:  Bütün magistral yolları nəqliyyatın hərəkəti açıqdır


RƏYLƏR


Top news