Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda ilk dəfə zeytun yağları ilə bağlı standartlar qəbul edilib

Azərbaycanda ilk dəfə zeytun yağları ilə bağlı standartlar qəbul edilib

Date: 4 January 2016 12:08

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda “Zeytun yağları və cecələrdən çəkilmiş zeytun yağları“ ilə bağlı yeni standrtlar hazırlanıb.

Trend-in məlumatına görə, “Qida məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitə (TK 07) tərəfindən hazırlanan bu standart ilk dəfə tətbiq edilir. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.

Standrtlarda qeyd edilir ki, əla növ birinci sızma zeytun yağı 100 qramda 0,8 qramdan çox olmayan, olein turşusu ilə ifadə edilən sərbəst turşuluğa malik və digər xüsusiyyətləri bu kateqoriyaya aid edilən zeytun yağıdır. Birinci sızma zeytun yağı: 100 qramda 2,0 qramdan çox olmayan, olein turşusu ilə ifadə edilən sərbəst turşuluğa malik və digər xüsusiyyətləri bu kateqoriyaya aid edilən zeytun yağıdır. Saflaşdırılmış zeytun yağı: ilkin triqliserid quruluşunda dəyişikliyə səbəb olmayan saflaşdırma üsulları ilə birinci sızma zeytun yağından əldə edilən zeytun yağı. 100 qramda 0,3 qramdan çox olmayan, olein turşusu ilə ifadə edilən sərbəst turşuluğa malik və digər xüsusiyyətləri bu kateqoriyaya aid edilən zeytun yağıdır.

Zeytun yağı insan istehlakı üçün yararlı saflaşdırılmış və birinci sızma zeytun yağlarının qarışığından alınmış yağ. 100 qramda 1 qramdan çox olmayan, olein turşusu ilə ifadə edilən sərbəst turşuluğa malik olan, cecələrdən çəkilmiş saflaşdırılmış zeytun yağı: ilkin qliserid quruluşunda dəyişikliyə səbəb olmayan üsullarla cecələrdən alınmış xam zeytun yağından əldə edilən zeytun yağı. 100 qramda 0,3 qramdan çox olmayan, olein turşusu ilə ifadə edilən sərbəst turşuluğa malik və digər xüsusiyyətləri bu kateqoriyaya1 aid edilən zeytun yağıdır.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycanda ilk dəfə zeytun yağları bağlı standartlar qəbul edilib

RƏYLƏR


Top news