Azərbaycan istehsalı olan 2 preparatın dövriyyəsi qadağan edildi

Azərbaycan istehsalı olan 2 preparatın dövriyyəsi qadağan edildi
12:12 4 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dövriyyəsi qadağan edilən dərman siyahısında ölkədə istehsal olunan 2 preparat yer alıb.

Milli.Az report-a istinadən bildirir ki, həmin dərmanlar "Bakıkimyaəczasənaye" ASC-də istehsal olunan Vişnevski mazı və 0,5%-lik novokain iynəsidir.

Bundan başqa, müxtəlif adda olan 844 seriya nömrəli dərmanların dövriyyəsi qadağan edilib. Həmin dərmanlar arasında Türkiyə (379) və Rusiya (178) istehsalı olan dərmanlar üstünlük təşkil edir. Sonrakı yerləri Hindistan, Rumıniya, Danimarka, İordaniya, Gürcüstan, Ukrayna, Polşa, Misir, Almaniya, Belarus və digər ölkələrin istehsalı olan dərmanlar tutur. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR