Bakının mərkəzində qətl

Bakının mərkəzində qətl
12:12 4 Yanvar 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhərinin mərkəzində qətl törədilib.

Milli.Az bildirir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında "Sahil" metrosunun çıxışında qeydə alınıb. 25-30 yaşlarında kişi naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə Səbail rayon Prokurorluğunun müstəntiqləri və polis əməkdaşları çıxıblar.
 
Hazırda qətlə yetirilən şəxsin və hadisəni törədənlərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR