Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Beynəlxalq Turizm Filmləri Festivalı ilə bağlı geriyə sayım başlayıb

Beynəlxalq Turizm Filmləri Festivalı ilə bağlı geriyə sayım başlayıb

Date: 4 January 2016 12:18


Bakı, 4 yanvar, AZƏRTAC
Bu il iyunun 1-dən 4-dək III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək.
AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, tədbirin məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub.
Festivalın saytında artıq geriyə sayım başlayıb. İştirak üçün 2016-cı il martın 31-dək müraciət etmək mümkündür. Bu barədə məlumat Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) saytında da yer alıb.

Tags:  Beynəlxalq Turizm Filmləri Festivalı bağlı geriyə sayım başlayıb


RƏYLƏR


Top news