Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda zavodda partlayış, ölən var

Azərbaycanda zavodda partlayış, ölən var

Novruz şənliyi zamanı partlayış törədildi - ölən və yaralananlar var (21 Mart 2017 21:29)
Ukraynada zavodda partlayış: 4 ölü (16 Mart 2017 23:22)
Ukraynada zavodda partlayı: ölənlər var (16 Mart 2017 23:04)

Tarix: 4 Yanvar 2016 12:31

Balakəndə zavodda partlayış barədə FHN-ə məlumat verilib.

Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bu barədə məlumat daxil olub. Daxil olan məlumatda bildirilir ki, yanvarın 4-də təxminən, saat 10:30-da Balakən şəhərində “Azəryem Sənaye MMC”-ə məxsus zavodun ərazisində qazanxanada partlayış baş verib. Hadisə nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib.

Hazırda FHN-nin və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır. Əlavə məlumat veriləcək.

Teqlər:  Azərbaycanda zavodda partlayış ölən var



RƏYLƏR


Top xəbərlər