Şaxta Bakıda 6 nəfəri xəstəxanalıq etdi

Şaxta Bakıda 6 nəfəri xəstəxanalıq etdi
12:32 4 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+

Bayram günlərində təcili tibbi yardıma çağırışların sayı 2000-i keçib.

Milli.Az bildirir ki, bu barədə lent.az-a Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib. O bildirib ki, bayram günlərində adi günlərə nisbətən çağırışların sayı 10% artıb. Çağırışların çoxu ürək-damar xəstəlikləri ilə əlaqədar olub.

Bayram günlərində Bakıda havanın şaxtalı keçməsi və qar yağması ilə əlaqədar 6 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib. 
 
Qidadan zəhərlənmə üzrə 4 fakt qeydə alınıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR