Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Whatsapp"ınıza gələn bu mesajı açmayın - FOTO

"Whatsapp"ınıza gələn bu mesajı açmayın - FOTO

Date: 4 January 2016 12:32

Kredit kartlarınızın kodunu ələ keçirmək istəyən bir qrup şəxs yeni üsula əl atıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, həmin şəxslər bu dəfə "Whatsapp" vasitəsi ilə kredit kartlarınızı ələ keçirməyə çalışırlar. Onlar bunu sizə mesaj göndərərək edirlər. Belə ki, "Whatsapp" istifadəçilərinə üzvlüyü yeniləməli olduqlarını bildirən mesaj göndərirlər. Mesajda üzvlüyünüzü yeniləmək üçün göstərilən ünvan "Whatsapp.com" yazılsa da, linkə toxunduğunuzda başqa bir ünvana daxil olursunuz. Bunun səbəbi saxtakarların əsl web saytını HTML kodunda gizlətməsidir.

Sözügedən linkə daxil olduğunuzda kredit kartı məlumatlarınızı yazacağınız saxta bir səhifə açılır. Üzvlüyünüzü yeniləmək üçün nəzərdə tutulmuş bir səhifə kimi görünsə də, məlumatlarınızı qeyd etdikdən sonra üzvlüyünüzü yenilənmir. Çünki məlumatlarınız tamam başqa ünvana ötürülür. 
 
Hazırda mesaj istifadəçilərə ingilis dilində göndərilir. Ancaq orada qeyd olunanları Azərbaycan dilinə tərcümə etsəniz, bu yazılacaq: "Diqqət! WhatsApp Messenger üzvlüyünüz bitmək üzrədir". Sizə gələn bu tip mesajları açmadan silməyiniz məsləhətdir. 

Milli.Az
 




Tags:  Whatsappınıza gələn bu mesajı açmayın FOTO


RƏYLƏR


Top news