Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Azərbaycanda məişət qızdırıcı qaz avadanlıqlarının təhlükəsizlik tələbləri müəyyənləşdirilib

Date: 4 January 2016 12:42

Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildən birdir.
Bu standart məişət qaz qızdırıcı konvektorların əsas konstruktiv və istismar xüsusiyyətlərini müəyyən edir və bu xüsusiyyətlərin dəyərləndirilməsi üçün sınaq üsullarını təyin edir.
Bu standart aşağıdakı fərdi konveksion qızdırıcı avadanlıqlara şamil edilir:
atmosfer odluqlu;
baca vasitəsi ilə yanma məhsullarının kənar edilməsi (yanma məhsullarının təbii sorulması, tarazlaşmış sorulma) ilə işləyən;
divarda quraşdırılan (müstəqil və ya divar daxilində quraşdırılmaq üçün hazırlanmış);
nominal istilik gücü 25 kVt – dan çox olmayan.
Bu standart, həmçinin avadanlığın səmərəliliyini müəyyən etmək üçün də tətbiq edilir.
Standart aşağıdakı avadanlıqlara şamil edilmir:
a) dekorativ formada hazırlanmış avadanlıqlara;
b) havanı kondensasiya edən (isitmə və soyutma) kombinə edilmiş avadanlıqlara;
c) kataliz yanma ilə çalışan avadanlıqlara;
d) yanma məhsullarının məcburi kənarlaşdırılması ilə işləyən avadanlıqlara;
e) hava verməklə çalışan avadanlıqlara;
f) otaqda yanma məhsullarının ayrılması ilə çalışan avadanlıqlara;
g) əlavə avadanlığa;
h) mexaniki sıxlaşdırıcı birləşmələrə.
Standart elektrik tələblərini müəyyən etmir. Bu standartın tələbləri məcburidir.

Tags:  Azərbaycanda məişət qızdırıcı qaz avadanlıqlarının təhlükəsizlik tələbləri müəyyənləşdirilib

RƏYLƏR


Top news