Bakıda 30 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı

Bakıda 30 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
12:53 4 Yanvar 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Bakıda mertonun "Sahil" stansiyasının qarşısında baş verən qətl hadisəsilə bağlı cinayət işi başlanıb. Bu barədə Trend-ə Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə yanvarın 4-də səhər saatlarında metronun "Sahil" stansiyasının yaxınlığında baş verib. 25-30 yaşlarında kişi bıçaqlanaraq qətlə yetirilib.

Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi məlum deyil.

Hüquq-mühafizə orqanları qətli rötədən şəxsin tutlması istiqamətində əməliyyat axtarış tədbirlərinə başlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2476577.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR