Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qara Qarayev "İnter"də

Qara Qarayev "İnter"də

Date: 4 January 2016 12:57

"İnter" bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Qaynar.info-nun əldə etdiyi xəbərə görə, söhbət 19 yaşadək millimizin hücumçusu Qara Qarayevdən gedir. Onunla 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, "Əlincə" klubunun yetirməsi olan 17 yaşlı Qara Qarayev ötən il İspaniyanın "Malaqa" klubunun düşərgəsində məşqlərdə iştirak edib. Onunla müqavilə bağlanılmamasına Şengen ölkəsinin vətəndaşı olmaması və 18 yaşının bitməməsi səbəb olub. Nəticədə yeniyetmə futbolçu noyabrda Bakıya gələndə Pireney yarımadasına qayıtmayacağını bildirib. Burdan həmçinin məlum olur ki, onun "İnter"ə keçidinə səbəb olan menecer pul qazanmaq naminə futbolçunun özünü və atasını "Malaqa"ya qayıtmaqdan vaz keçirə bilib.

Fanat.az

Tags:  Qara Qarayev İnterdə

RƏYLƏR


Top news