Balakənda partlayış: 1 ölü, 2 yaralı

Balakənda partlayış: 1 ölü, 2 yaralı
13:04 4 Yanvar 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Balakəndə “Azəryem Sənaye” MMC-də partlayış baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 10:30 radələrində “Azəryem Sənaye MMC”ə məxsus zavodun ərazisində qazanxanada  partlayış baş verməsi nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib. Hazırda FHN-nin və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227429

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR