"Stadionu özümüz sökmüşük"

"Stadionu özümüz sökmüşük"
13:16 4 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Güclü qar çovğununun Beyləqan şəhər stadionunun azarkeşlər üçün nəzərdə tutulan sektorunun çardağını uçurması ilə bağlı rayonun icra hakimiyyəti açıqlama verdi.

Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri və İcra başçısının birinci müavini Telman Məsdanovun ANS PRESS-ə verdiyi məlumata görə stadionun dam örtüyünün uçmasına qar çovğunu səbəb olmayıb və yerli mətbuatda bu barədə yayılan məlumatlar şaiyədir.

"Biz stadionun dam örtüyünü yeniləmək qərarına gəlmişik. Buna görə hələ ayın 25 -dən stadion təmirə dayandırılıb.Özümüz sözügedən dam örtüklərini söküb yerə qoymuşuq, amma mediada bunun yağan qar səbəbindən uçduğu bildirilib. Bilirsiniz ki , stadion 2014-cü ilin iyun ayında daxili imkanlar hesabına təmir olundu. Lakin 2015 -ci ilin sonunda dam örtüyündə fəsadlar yarandı və biz onu sökərək fərqli görünüş verməyə qərara gəldik. Stadionda artıq təmir işlərinə start verilib."


Beyləqan Rayon İcra Hakimiyyəti


Ötən gün isə stadionun 1500 yerlik tribunasının çardağının tamamilə uçduğu xəbəri yayıldı. Dam örtüyünün uçmasına səbəb kimi rayona yağan güclü qar göstərilir. Hadisə Elsevər Şükürov adına Beyləqan şəhər stadionunun birinci korpusunda baş verib.


Beyləqan şəhər stadionu uçmuş vəziyyətdə


Ümumiyyətlə adıçəkilən stadionun stadionun inşasına 2014-cü ilin yanvarında başlanılıb. Bəzi məlumatlara əsasən tikintiyə 600 min manat vəsait xərclənib. Stadionda 3 min tamaşaçı yerlik tribuna, soyunub-geyinmə, mətbuat, məşqçi, tibb otaqları yaradılıb. Burada, həmçinin rezin tipli altızolaqlı qaçış cığırı, çöl tipli 11 fitnes qurğusu, basketbol, voleybol, mini futbol meydançaları var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR