Beren Saatın sürücüsü 5 milyon pul uddu

Beren Saatın sürücüsü 5 milyon pul uddu
13:28 4 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bu hadisə "Möhtəşəm yüz il: Kösəm Sultan" serialının heyəti tərəfindən gündəmə gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın təşkilatçıları yeni il hədiyyəsi olaraq heyət üzvlərinə Türkiyədə hər il keçirilən "Milli piyanqo" lotoreya bileti hədiyyə edib. Bilet hətta sürücülərə də paylanıb. Lotoreyalardan biri qalib gəlib. Qalib 5 milyon pul mükafatı ilə təbrik edilib.

Qeyd edək ki, 5 milyon türk lirəsi ilə mükafatlandırılan qalib Beren Saatın sürücüsü olaraq tanınır. O, aktrisanın şəxsi sürücüsü olmasa da, film çəkilişləri zamanı Berenə maşını ilə yoldaşlıq edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/395095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR